4:1, 5:1, 6:0...
Azərbaycan Premyer Liqasının 24-cü turunda "Sabah"ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatda bu mövsüm 5-ci böyükhesablı qələbəsini qazanıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlub edib.
Ağdam klubu bu göstəricidə mövsümün rekordçusudur. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudur. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.
Mövsümdə 5-ci böyükhesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar bu turnirdə zirvədə qərarlaşmamışdı. İkinci turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.

Xəbər 470 dəfə oxundu.