Ronaldodan 100-cü qol
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün A seriyasnın 35-ci turunda "Torino" ilə matç (1:1) əlamətdar olub.
Qol.az-ın məlumatına görə, bu oyunda fərqlənən portuqaliyalı hücumçu klub karyerası ərzində başla vurduğu qolların sayını 100-ə çatdırıb.
Qeyd edək ki, Ronaldo bu mövsüm 41 matçda 28 qol vurub, 13 qolun ötürməsini verib.

Xəbər 646 dəfə oxundu.