Salyanda ağır yol qəzası baş verib
Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisində mikroavtobus qəzaya uğrayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən şagirdləri aparırmış.
"Mercedes” markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 767 dəfə oxundu.