Kapitan “Mançester Yunayted“in təklifini rədd etdi
“Ayaks”ın kapitanı Matteys de Liqt “Mançester Yunayted”ə transfer olmaqdan imtina edib.
Qol.az-ın “Daily Star”a istinadən yaydığı məlumata görə, 19 yaşlı müdafiəçi “qırmızı şeytanlar”ın ona olan marağına baxmayaraq, İngiltərə klubunda oynamaq təklifini müsbət cavablandırmayıb. De Liqtin bu qərarı verməyində "MY"nın Çempionlar Liqasına vəsiqə qazanmamağı səbəb olduğu bildirilib.
“Real” və “Barselona”nın da heyətinə qatmaq istədiyi hollandiyalı futbolçunun mövsümün sonunda Amsterdam təmsilçisindən ayrılacağı gözlənilir.
Qeyd edək ki, Matteys De Liqt bu mövsüm “Ayaks”da 31 oyunda 3 qol vurub və 3 qol ötürməsi verib.

Xəbər 424 dəfə oxundu.