“Liverpul“un 6 futbolçusu rəmzi komandada
“InStat”ın təhlilinə əsasən, İngiltərə Premyer Liqasında 2018/2019 mövsümünün rəmzi komandası müəyyənləşib.
Qol.az-ın məlumatına görə, ən yaxşı 11-likdə bu mövsümü ikinci pillədə tamamlayan "Liverpul"un 6 futbolçusu yer alıb. Çempion "Mançester Siti"dən 3, "Mançester Yunayted" və "Çelsi"nin 1 oyunçu rəmzi komandaya daxil olub.
Qapıçı: Alisson ("Liverpul")
Müdafiəçilər: Endryu Robertson ("Liverpul"), Kayl Uolker ("Mançester Siti"), Vircil Van Deyk ("Liverpul"), Joel Matip ("Liverpul")
Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Hazard ("Çelsi")
Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Serxio Aquero ("Mançester Siti"), Roberto Firmino ("Liverpul")
Qeyd edək ki, siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçular salınıb.

Xəbər 455 dəfə oxundu.