Atəşkəs pozulub
Ermənistan silahlı qüvvələri Ağdamın Tağıbəyli, Kəngərli, Sarıcalı, Mərzili, Füzulinin Qərvənd, Cəbrayılın Nüzgar kəndləri yaxınlığında, yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xəbər 648 dəfə oxundu.