Tərdən stress səviyyəsini ölçən cihaz
Bədənimizin stressə qarşı ifraz etdiyi bir hormon olan kortizol, indilərdə yeni yaradılan geyilə bilən məhsul sayəsində tərimizdən ölçülə biləcək.
Bir çox hormonumuz gün ərzində yaşadıqlarımız istiqamətində dəyişə bilər. Bu nöqtədə yeni yaradılan geyilə bilən texnologiya sayəsində, tərimizdən stress səviyyəmiz ölçülə biləcək.
Tərimizdən asan bir formada alınan analiz nəticələri isə bir neçə gün ərzində müəyyən edilir. Belə ki, bir insanın kortizol analizlərinin nəticələrini öyrənməsi, tibbi müdaxilələr üçün də məlumatlandırıcı ola bilər.
Stanford Universitetinin alimi Alberto Salleo tərəfindən idarə olunan bir qrup, birbaşa dəriyə tətbiq olunan bir cihaz sayəsində bir insanın nə qədər kortizol ifraz etdiyini qiymətləndirə biləcək.
Müxtəlif xəstəliklərin erkən diaqnozu və idman performansının qiymətləndirilə bilməsi üçün yeni bir yanaşma təqdim edəcək olan texnologiya, adrenalin və ya hipofiz bezinin düz işləyib işləmədiyini göstərməyə də köməkçi ola bilər.
Milli.az

Xəbər 266 dəfə oxundu.