Azərbaycanda yay transfer pəncərəsi rəsmən açıldı
Azərbaycanda yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.
Qol.az-ın məlumatına görə, Premyer Liqa klubları məhz bu gündən etibarən yeni oyunçularını qeydiyyatdan keçirə biləcəklər. Yay transfer pəncərəsi sentyabrın 2-də bağlanacaq.
Qeyd edək ki, qış transfer dönəmi 2020-ci ilin 7 yanvar - 3 fevral tarixini əhatə edəcək.
Əlavə edək ki, indiyə kimi "Neftçi" Voislav Stankoviç, Rauf Əliyev, "Səbail" Kamal Bayramov, Ürfan Abbasov, Turan Manafov, "Zirə" Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, "Sumqayıt" Vüqar Mustafayev, Amil Yunanov, "Sabah" Cavid Tağıyev, Kevin Kubemba, "Keşlə" Rəşad Əzizli və Ruslan Qurbanovu heyətinə qatıb. "Qarabağ" və "Qəbələ" isə hələlik heç bir oyunçunu transfer etməyib.

Xəbər 223 dəfə oxundu.