Nizami rayonunda mağazada yanğın baş verib
Bakının Nizami rayonunda ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli mağazada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində mağazanın mansardası, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər 501 dəfə oxundu.