“Qəbələ“nin futbolçusu “Hapoel“də
"Qəbələ" futbolçusu Ceyms Adeniyini icarəyə veib.
Qol.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İsraildə davam etdirəcək. O, yüksək liqada çıxış edən "Hapoel"ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu özü isə Qol.az-a açıqlamasında 1 illik icarəyə göndərildiyini bildirib.
Qeyd edək ki, Adeniyi ötən mövsüm "Qəbələ"nin heyətində 31 oyuna 12 qol vurub. Onun müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Xəbər 65 dəfə oxundu.