Xoşbəxt evlilik üçün 4 tövsiyə
Ailə həyatında hər şey mükəmməl olmur. Bunu gözləməyin özü də yanlışdır. Amma ailə xoşbəxtliyini tam olmasa da, müəyyən qədər əldə etmək mümkündür. Bunun üçün xoşbəxt evliliyin sirləri haqqında tövsiyələrlə tanış olmalısınız.
Televizor ancaq sizə aid deyil
Əgər həyat yoldaşınız televizorda futbola baxırsa, siz ona mane olmamalısınız. Hər gün izlədiyiniz hər hansı serialınızı evliliyinizə qurban verməlisiniz.
Bəzən gözdən iraq olmaq faydalıdır
Hər zaman olmasa da, bəzi dönəmlərdə həyat yoldaşınızın sizin gözünüzdən uzaq olması daha yaxşı olar. Düzdü, gündəlik işlərdən bir-birinə vaxt ayırmaqda problem yaşayan cütlüklər üçün bu hal heç də qəbuledilən deyil, amma unutmayın ki, onun da dostları, yaxınları ilə vaxt keçirməyə, sırf özünə zaman ayırmaya ehtiyacı var. Əgər bunları etmək üçün həyat yoldaşınıza şərait yaratmasanız, onun istəklərinin reallaşmamasında sizi qınaq obyektivinə çevirməsinə qatlaşmalı olacaqsınız ki, bu da münasibətlərinizə zərbə vuracaq.
Mükəmməllik filmlərdə və reklamlarda olur
Cütlüklərin ən çox etdiyi səhvlərdən biri qarşı tərəfi kiminləsə müqayisə etməkdir. Məsələn, həyat yoldaşınızı valideyninizlə, kiminsə həyat yoldaşı və ya ideal olaraq qəbul etdiyiniz biri ilə müqayisə etməyin. Bunu etdiyiniz zaman həyat yoldaşınız özünü sizin səviyyənizdən aşağı biri olaraq qəbul edə bilər ki, bu da sonda ailənizin möhkəmliyini zədələyəcək. Ümumiyyətlə, sizin mükəmməllik axtarışında olmağınız düz deyil. Unutmayın ki, mükəmməllik filmlərdə və reklamlarda olur. Hətta bəzən onlarda da hər şey qaydasında olmur.
Geyimlərinizə diqqət edin
Nə qədər qəribə səslənsə də, evliliyin qaydasında davam etməsi üçün tərəflərin səliqəli və şıq geyinməsi, ifrata varmadan bəzənməsi də önəmlidir. Bütün bunlara əməl etsəniz, qarşı tərəfin sizdən uzaqlaşmasına heç bir səbəb qalmayacaq.
kayzen.az

Xəbər 384 dəfə oxundu.