Azərbaycanlı atletdən qızıl medal
Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.
Qol.az xəbər verir ki, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında birinci olub. 16,89 nəticə göstərən idmançımız karyerasında ikinci dəfə Universiada çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da bütü rəqiblərini üstələyib.

Xəbər 229 dəfə oxundu.