Rahidə efirdə ağladı
Müğənni Rahidə Baxışova "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" proqramının qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, veriliş zamanı tək qadın olmağın çətinliklərindən söz açaraq, göz yaşlarını saxlaya bilməyib:
"Qadın üçün tək övlad böyütmək, tərbiyə vermək çətindir. Ailənin bütün yükünü qadın üzərinə götürür. Bu barədə çox güclü qadınam. Uşaqlıqdan çox çətinliklə böyümüşəm", - sənətçi söyləyib.
Qeyd edək ki, müğənnin bir qız, bir oğlan olmaqla, iki övladı var. R.Baxışova həyat yoldaşından boşanıb.

Xəbər 317 dəfə oxundu.