Kürdəmirdə yaşayış məntəqələrinin qazlaşdırılması ilin sonunadək başa çatacaq
Kürdəmir rayonunda 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb. İlin sonunadək 2300 nəfərdən çox əhalinin yaşadığı Qarabucaq qəsəbəsi və qəsəbə ərazi dairəsinə daxil olan Qarabucaq və Qurdbayram kəndlərinə də “mavi yanacağ”ın verilişi təmin ediləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qarabucaq qəsəbəsində daşıyıcı və kəndarası, habelə mənzillərə xətlərin çəkilişi başa çatıb, yaxın günlərdə sayğaclaşdırmaya başlanılacaq. Həmçinin Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanıb və tezliklə bu istiqamətdə də işlərə start veriləcək.

Xəbər 229 dəfə oxundu.