Rusiyanın cənubunda tapılan qab ŞOK ETDİ
Taman yarımadasında arxeoloqlar qədim, göz yaşları ilə dolu bir qab tapıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, bundan əlavə, tarixçilər ana ilə uşağın qeyri-adi dəfnini aşkar edib.
Tapıntılar Fanagoria ekspedisiyasının arxeoloqları tərəfindən üzə çıxarılıb. Qədim Nekropolda aparılan qazıntılar zamanı elm adamları möhkəm tıxanmış bir qab tapıb. Qabın içərisində çox duzlu su olub. Tədqiqatçılar maye içərisindəki duzların konsentrasiyasının dəniz suyundan daha yüksək olduğu qənaətinə gəlib. Tarixçilərin fikrincə, bu ,bir qabda saxlanılmış insan göz yaşlarıdır. Arxeoloqlar izah etdikləri kimi, bu cür qablar lakrimaria, bibliya mətnlərində "qabda yas tutanların göz yaşları" kimi təsvir edilib. Qohumları və ya qəhrəman döyüşçülərinə yas tutan insanların göz yaşları ilə doldurdurulub. Bundan əlavə, Nekropolda aparılan qazıntılar başqa bir nadir sənət əsərini təqdim edib.
Sərdabələrdən birinin içində bir qadının körpəsini qucaqlamış vəziyyətdə tapılıb. Uşağın əlində üç bilərzik olub.Alimlər isə uşağın qız olduğunu iddia edib. İddia olunur ki, zəngin bəzədilmiş bir kript, yüksək statusu olan ailələrdən olub.Qadın boş bir geyimdə, çiyninlərində bərkidilmiş rəngli broş olub. Arxeoloqlara görə ana və qız eyni anda ölüb. Çox güman ki, Bospor krallığının şəhərlərinə hücum edən qəbilələrlə baş verən çoxsaylı qarşıdurmalardan birinin qurbanı olublar. Bu versiyanın lehinə, hərbi məzarların əhatəsində olan məzarlıq təstiq edib.

Xəbər 192 dəfə oxundu.