Messinin son durumu
"Barselona"nın futbolçusu Lionel Messinin zədədədən bərpa prosesi davam edir.
Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu gün səhər fərdi qaydada məşq edib. Onun La Liqanın 2-ci turunda "Betis"lə matçda oynayıb-oynamayağı sabah müəyyənləşəcək.
32 yaşlı futbolçu sabah da komanda ilə ümumi məşqlərdə işirak etməsə, qarşıdakı görüşü dəqiq buraxacaq.
Qeyd edək ki, Messi zədə səbəbindən "Atletik"lə matçda meydana çıxmamışdı.

Xəbər 183 dəfə oxundu.