Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nəvahi qəsəbəsi ərazisində qeydə alınıb. Avtomagistralda hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər 419 dəfə oxundu.