Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb
Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 435 dəfə oxundu.