Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın baş verib
Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın dördüncü mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı 15 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər 410 dəfə oxundu.