Asan hazırlanan SÜDLÜ BULKALAR
Tərkib:
- 1 stəkan ilıq süd
- 80 qr əridilmiş kərə yağı
- 7 x.q. şəkər tozu (xəmirə) + 2-3 x.q. şəkər tozu (bulkaların üzərinə səpmək üçün)
- yarım ç.q. duz
- yarım kq un
- 1 x.q. quru maya
- 2 yumurta (1 yumurta xəmirə, 1 yumurta bulkaların üzərinə çəkmək üçün)
Hazırlanması:
1. Un quru maya ilə qarışdırılır, şəkər tozu, süd, yağ, duz, çalınmış yumurta əlavə olunur, xəmir yoğrulur.
2. Xəmiri 1 saat isti yerdə saxlayın. Xəmir qalxanda 5 dəqiqə yoğurun və yenə 1 saat saxlayın.
3. Xəmiri 12-16 yerə bölün, bulka formasına salın.
4. Bulkaları yağ çəkilmiş tavaya düzün, üzərinə mətbəx dəsmalı sərin, yarım saat saxlayın.
5. Bulkaların üzərinə 1 ç.q. su ilə çalınmış yumurta çəkin, üzərinə şəkər tozu səpin.
6. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın, 20-30 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az

Xəbər 130 dəfə oxundu.