Çingiz Əhmədovun məşhur oğlu TANINMAZ HALDA
"Könül yarası" və "Vicdan haqqı" seriallarında canlandırdığı rolları ilə məşhurlaşan aktyor İbrahim Çingiz 8 il sonra saqqalı ilə vidalaşıb.
Publika.az xəbər verir ki, İbrahim Çingiz instaqramda saqqalsız fotosunu paylaşaraq "8 ildən sonra saqqalla vidalaşdıq. Tanış olun İbrahim Çingiz" sözlərini yazıb.
Aktyorun saqqalsız görüntüləri marağa səbəb olub.
Qeyd edək ki, İbrahim Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur. Replə məşğul olan aktyor həm də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur.

Xəbər 365 dəfə oxundu.