Qırmızı lobya bir MÖCÜZƏDİR : Arıqladır, ürəyi və sinirləri sağaldır... | |
![]() Lobyanı qidalanmaya daha tez-tez daxil edin. Bu, həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır.Xanim.az saglamolun.az-a istinadən qırmızı lobyanın faydalarını sadalayır. Qırmızı lobyanın əsas faydaları arasında: - B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır. - Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və "pis" xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksin və şlaklardan təmizləyir. - Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas "tikinti materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir. - Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır. - Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır. - Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proseslərini ləngidir. - Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur. - Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. - Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcudd |
|
Xəbər 252 dəfə oxundu. |
|
|