Aşıq Əli və Samirə Əliyeva canlı efirdə TƏQDİRƏLAYİQ ADDIM - Gəncin illik təhsil haqqını ödədilər
Tanınmış aşıq Əli və həmkarı Samirə Əliyeva canlı efirdə təqdirəlayiq addım atıblar.
Sonxeber.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan, Zaur Kamalın aparıcılıq etdiyi 5 də 5 proqramının qonağı olan Aşıq Əli və Samirə elə canlı efirdə tələbə qızın illik təhsil haqqını ödəməsi üçün ona pul vermək qərarına gəliblər.
Sözügedən proqrama müraciət edən tələbə qızlar Göygöl rayon Yalqışlaq kənd sakinləridir. Qeyd edək ki, proqramda iki bacıdan birinin illik təhsil haqqı pulunu, adını çəkilməsini istəməyən bir iş adamı verib.

Xəbər 181 dəfə oxundu.