İrəvan kətəsi
Tərkibi:
xəmir üçün:
- 3 yumurta
- 300 q kərə yağı
- 200 q xama
- 1 ç.q. soda
- 3 st. un
iç üçün:
- 200 q yağ
- 1,5 st. şəkər tozu
- 1 st. un
- vanil
- hil (istəyə görə)
arasına:
100 q kərə yağı
üstünə:
1 yumurta
Hazırlanması:
1. Yumurtanı çalın. Ərinmiş yağ, ələnmiş un əlavə edin, qarışdırın. Xamaya soda əlavə edin, qarıdırın, xəmirə əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.
2. İç hazırlamaq üçün: çörək taxtasının üzərinə unu, şəkər tozunu, ədviyyatları səpin, üzərinə kərə yağını qoyub bıçaqla döyməyə başlayın. 5-10 dəqiqəyə axıcı quma bənzər qarışıq alınacaq.
3. Xəmirdən üç kündə tutub sellofana qoyun. Birini 60-70 sm enində, 3-4 mm qalınlığında yayın. Yağı əridib üzərinə çəkin. Üzərinə bərabər qaydada iç səpin.
4. Oxlovu lavaşın bir başından qoyub lavaşı ehtiyatla bükün, sonra elə çıxardın ki, "rulet" dağılıb, içi çölə tökülməsin. Əlinizlə qaydaya salın. Ruletin kənarlarından tutb azca dartın. Ya da oxlovla yüngülcə üstündən yastılayın. Naxışlı, ya da adi bıçaqla 4-5 sm enində doğrayın.
5. Üzərinə yumurta çəkin. İstəsəniz, ortasına kişmiş, yaxud fındıq da basa bilərsiniz.
6. 200 C qədər qızdırılmış sobada bişirin.
Nuş olsun!
Milli.Az

Xəbər 121 dəfə oxundu.