“Milan” yeni baş məşqçisini açıqladı
“Milan"a yeni baş məşqçi təyin edilib.
Bu haqda Qol.az klubun saytına istinadən məlumat yayıb. Bu vəzifə 53 yaşlı Stefano Pioliyə tapşırılıb. Onunla bu gün 2 illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcının illik qazancı 1 milyon avro olacaq.
Qeyd edək ki, Pioli daha öncə "İnter", "Latsio" və "Fiorentina"da da işləyib. O, bu vəzifədə Marko Campaolonu əvəz edib.

Xəbər 112 dəfə oxundu.