Həftənin ən yaxşısı adına 4 namizəd - Avroliqa
Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”), Enzo Krivelli (“Başakşəhər”) və Munir El Hadadi ("Sevilya") yer alıb.
Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Xəbər 58 dəfə oxundu.