Çatlamış dodaqlar üçün MASKALAR
Dodaq çatlamasının səbəbləri nələrdir?
Dəmir, vitamin, turşu çatışmazlığı
Bəzi kimyəvi məhsullara qarşı allergiya olması
Susuzluq
Dodağı çox yalamaq
Günəş şüaları
Siqaret çəkmək
Müəyyən dərman müalicəsi
İqlim dəyişkənliyi
Ailem.az dodaq çatlaması əleyhinə ev üsullarını təqdim edir.
Gün ərzində bir neçə dəfə dodağınıza hind qozu yağı sürtün.
Müalicəvi təsiri olan aloe veranı dodaqlarınıza sürtün.
Bir neçə ədəd qızılgül ləçəklərinə bir az qliserin əlavə edin. Hər gecə yatmadan əvvəl dodaqlarınıza sürtün. Bu, dodaqlarınıza qırmızı rəng və hamarlıq bəxş edəcək.
Bir dilim xiyarı dodaqlarınıza sürtün.
Dodaqlarınızın hamar və qırmızı olması üçün gənəgərçək yağı sürtün.
Dodaq çatlarının tez sağalıb nəm olması üçün bal sürtün.
Xardal yağı dodaq çatlarının sağalmasına kömək edir. 1 çay qaşığı limon suyu, xardal yağı və qliserini qarışdırın. Bütün gecə belə saxlayın. Səhər tezdən nəm pambıqla silin.
Dodaqların sağalması və yumşaq olması üçün süd kremi sürtün.
Vazelin və bal qarışımını dodaqlarınıza sürtüb 10-15 dəqiqə saxlayın. Bunu nəm pambıqla silin.
Nələri etmək olar, nələri olmaz?
Çatlamış dodaq istəmirsizsə, bayıra çıxmadan əvvəl dodaqlarınıza günəşdən qoruyucu krem sürtün.
Ölmüş dodaq qabığını heç vaxt qoparmayın.
Yetərincə su için. Su içməyən insanlar həmişə dodaq quruluğundan şikayət edir.
Yumşaq diş fırçası ilə dodaqlarınızı fırçalayın.
Dodağınızı heç vaxt dişləyib yalamayın.
Kök, pomidor, yaşıl yarpaqlı tərəvəzlər vitaminlə zəngin olduğundan çoxlu yeyin.

Xəbər 74 dəfə oxundu.