“Zirə“nin daha bir legioneri milliyə çağırıldı
"Zirə"nin futbolçusu Robin Nqalande Malavi millisinə dəvət alıb.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər Kubokunun təsnifat oyunları üçün yığmaya çağırılıb. Malavi millisi noyabrın 13-də Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.
Xatırladaq ki, "Zirə"ni botsvanalı hücumçusu Mfo Kqasvane də yığmaya cəlb olunub.

Xəbər 67 dəfə oxundu.